Sumqayıtda 12 mənzildən və “Milli Ön” ödəmə terminalından oğurluq edən şəxs tutulub

img

15-03-2021 [12:57]


Sumqayıtda 12 mənzildən və “Milli Ön” ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:47 04.08.2025

Lionel Messi zədələnib

11:00 02.08.2025

Vətənə xidmət...