İmişlidə məktəblər arasında "Məktəblərarası onlayn bilik yarışları" layihəsinə start verilib - FOTOLAR
13-03-2021 [12:38]
İmişli rayonunun ümumtəhsil məktəbləri arasında "Məktəblərarası onlayn bilik yarışları" layihəsinə start verilib.
İlk yarış A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevanın dərs dediyi VI sinif şagirdləri ilə R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin biologiya müəllimi Taleh Cavadovun dərs dediyi VI sinif şagirdləri arasında baş tutub. Məktəblilər arasında yarış "Çiçək, çiçək qrupları” mövzusunda təşkil olunub.
Tədbir əvvəldən sona kimi onlayn tətbiqlərdən istifadə olunmaqla qurulmuşdu. Yarış zamanı “Sway” proqramından istifadə edilib.
Leyli Əliyeva tərəfindən məsələyə daha yaradıcı yanaşılıb.
Tədbirdə 7 veb alətindən istifadə olunub:
1. “Sway” proqramında təqdimat;
2. “LearningApps” proqramında çiçəyin sxem şəkil üzərində soruşulması;
3. “LearningApps” proqramında əsl çiçəyin görünüşü olan şəkil üzərində çiçəyin hissələrinin axtarılması;
4. “LearningApps” proqramında çiçək qruplarının bitkilərlə əlaqəsinin tapılması;
5. “LearningApps” proqramında milyonçu oyunu vasitəsi ilə "Qarabağın flora və faunası"na aid suallar ətrafında şagirdlərin yarışması;
6. Şagirdlərin çiçək qrupunu onlayn təqdimatlar formasında “Youtube” portalı üzərindən təqdim etməsi;
7. “Whell of Names” çarxını hərəkətə gətirməklə çiçək qruplarını aplikasiya edərək seçilən adları plastilin və ya kibrit çöpü vasitəsi ilə düzəldərək şagirdlərin bacarıqlarını nümayiş etdirməsi;
Eləcə də Azərbaycanın simvolu hesab edilən Xarıbülbülün quruluşu, tozlanması “Youtube” vasitəsi ilə nümayiş olunub. Həm şagirdləri, həm də məktəbin bacarıqlı müəllimini dəstəkləyən məktəb rəhbərləri: Əliqulular kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim Səxavət Tağıyev və şəhər 7 saylı məktəbin gənc direktoru Ramil Möhbalıyev müəllimlərə mənəvi dəstək olaraq tədbirə hər cür şərait yaradıblar.
Tədbir hər iki məktəbin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanıb.
Bu gün İmişli Rayon Təhsil Şöbəsi rəhbərliyinin tədbir iştirakçıları ilə onlayn görüşü keçirilib.
Məsələnin mahiyyəti, uğurları ətraflı müzakirə edildi və nəticələr yüksək qiymətləndirilib.
Bilik yarışında iştirak etmiş şagirdlərə məktəb direktorlarının imzası ilə sertifikatlar verilib.
Onlayn keçirilən görüşün sonunda bilik yarışmasının təşkilatçıları olan İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevaya və R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbin biologiya müəllimi Taleh Cavadova İmişli Rayon Təhsil Şöbəsinin təşəkkürnaməsi təqdim olunub.
Rayonumuzun bütün ümumtəhsil məktəbləri üçün örnək olacaq bu tədbirin müxtəlif formatlarda digər məktəblərimiz arasında da keçiriləcəyinə ümid edirik.
Vahid Tağıyev,
İmişli RTŞ-nın müdir müavini
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR