Qarabağ döyüşçüsü İntiqam Qayıbovun əvf edilməsi üçün Prezidentə müraciət olundu
13-03-2021 [11:20]
Birinci Qarabağ Müharibəsi döyüşlərində böyük şücaətlər göstərmiş, müharibədən sonra cinayət əməllərinə görə ömürlük həbs olunmuş İntiqam Qayıbovun əfv edilməsi üçün Prezident İlham Əliyevə növbəti dəfə müraciət ünvanlanıb.
Mia.az xəbər verir ki, bu dəfə “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi keçmiş döyüşçünün əvf edilməsini xahiş edib.
Prezidentə ünvanlanan həmin müraciətin mətnini təqdim edirik:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Bütün uğurlu fəaliyyətiniz nəticəsində yaratmış olduğunuz xalq-dövlət birliyi ölkəmizin inkişafının əsas sütunudur. Vətən Müharibəsində Azərbaycan xalqının sərgilədiyi birlik bütün dünyada heyrət doğurdu. Liderliyiniz altında xalqın, komandanlığınız altında ordunun dəmir yumruğa çevrilməsi hamımıza misli olmayan qürur yaşatdı. Bu Böyük Qələbəyə gedən yol Sizin hərbçilərə və müharibə iştirakçılarına daim göstərdiyiniz diqqət və qayğıdan başlayan yoldur.
Bu prinsiplərinizə əsaslanaraq, Birinci Qarabağ Müharibəsindəki şücaətləri barədə məlumatlı olduğum, sonradan ömürlük azadlıqdan məhrum edilmiş və hazırda 27 ildən artıqdır ki həbs cəzası çəkmiş Qayıbov İntiqam Yusif oğlunu əfv etməyinizi Sizdən xahiş edirəm.
İntiqam Qayıbovun tabeliyində olduğu könüllü dəstənin qəhrəmanlıqları dillər əzbəridir. Həmin dəstənin iki döyüşçüsü – Şəhid Əliyar Əliyev və Şəhid Aqil Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Kəşfiyyat-dversiya dəstəsində xidmət edən İntiqam Qayıbovun isə şücaətləri əksər müharibə iştirakçılarına məlumdur. Lakin o, müharibədən sonra bir cinayətlə bağlı təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmişdir.
Şəxsiniz və dövlətimiz adına atdığınız humanist addımlardan biri kimi imzaladığınız əfv sərəncamları ictimaiyyətdə olduqca rəğbətlə qarşılanır. Hesab edirəm ki, İntiqam Qayıbovu da 27 illik məhbəs həyatından sonra Azərbaycanın ərazi bütövlüyü uğrundakı xidmətlərini nəzərə alaraq, əfv etməyiniz ən humanist və vətənpərvər addımlarınızdan biri kimi qarşılanar.
Dərin hörmət və ehtiramla, Birliyin sədri Elşən Uluxanlı”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR