Qarabağ Dirçəliş Fondunun strateji və fəaliyyət planları hazırlanacaq
12-03-2021 [18:40]
Qarabağ Dirçəlişi Fondu və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə vermək məqsədilə birgə əməkdaşlıqda maraqlıdırlar.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevlə Qarabağ Dirçəliş Fondununİdarə Heyətinin sədri Rəhman Hacıyevin görüşündə bildirilib.
İcmanın ofisində keçirilən görüşdə həmin qurumun əməkdaşları iştirak edib. Görüşdə İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Media və Kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov, yazıçı-publisist Məqsəd Nur və başqaları iştirak ediblər.
Görüş zamanı İcmanın rəhbəri və nümayəndələri təşkilatın son illərdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıblar. Bu layihələr arasında erməni işğalının nəticələri ilə bağlı reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması, habelə Qarabağın tarixinin yerli və xarici auditoriya arasında populyarizasiyası kimi təşəbbüslər də az deyil.
Tural Gəncəliyev Xankəndindən olan seçicilərin vəziyyəti, postmüharibə dövründə İcmanın gözləntiləri və tezliklə doğma torpaqlara qayıtmaq arzusu barədə də danışıb.
İcma rəhbərinin sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələri də İcma və Qarabağ Dirçəliş Fondu ilə birlikdə layihələrdə iştirak etməyə hazır olduqlarını bildirirlər: "Biz də öz tərəfimizdən bu əməkdaşlığa dəstək verməyə çalışacağıq".
Fondun sədri Rəhman Hacıyev isə görüş iştirakçılarına təşkilatın müvafiq strukturlarının yaradılması istiqamətində görülən işlərdən, Azərbaycan Prezidenti İlham Əliyevin Fondun qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb: “Fondun qarşısında duran əsas vəzifələrdən biri Qarabağın dirçəldilməsi üzrə müvafiq layihələrə yönəldiləcək ianələrin və qrantların cəlb olunmasıdır. Ən yaxın vaxtlarda Fondun strateji və fəaliyyət planları işlənib hazırlanacaq. Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək. Prezident öz çıxışlarında insan kapitalının inkişafının xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlət başçısının bəyanatlarını tapşırıq kimi qiymətləndirən Fond bu istiqamətə xüsusi diqqət yetirəcək. Çünki hər hansı təşəbbüsün, xüsusilə də işğaldan azad edilmiş torpaqların bərpası və reinteqrasiyası kimi möhtəşəm bir təşəbbüsün uğurunu məhz insanlar müəyyənləşdirir”.
Fondun sədri qurumun vəzifələri arasında Azərbaycanın Qarabağ bölgəsinə investisiyaların cəlb edilməsi prosesinin təşviqini, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsini, habelə yerli və beynəlxalq ictimaiyyət arasında Qarabağın tarixi, erməni işğalı nəticəsində dəymiş zərərlə bağlı reallıqları və bu regionun bərpası prosesi haqqında məlumatların yayılmasını sadalayıb.
Görüş zamanı dövlət başçısının tapşırığına əsasən, Qarabağda həyata keçirilən bütün layihələrin dünyanın ən yüksək standartlarına uyğun olacağı qeyd edilib.
Prezident İlham Əliyevin ölkənin işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” zonasına, “ağıllı şəhər” və “ağıllı kənd” kimi mütərəqqi konsepsiyaların həyata keçirilməsi üçün platformaya çevriləcəyi ilə bağlı sözləri nümunə kimi göstərilib.
Görüş iştirakçıları işgüzar ünsiyyətin davam etdirilməsi və bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi barədə razılığa gəliblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR