Şəhid Emil Hümbətovun xatirəsi əbədi yaşayacaq - FOTOLAR
12-03-2021 [17:51]
30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirib.
Mia.az xəbər verir ki, torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Şəhidlik zirvəsinə yüksələn Vətən övladları bu müqəddəs savaşın əbədiyaşar qəhrəmanlarıdır. Xalqımızın belə mərd, dəyanətli və cəsur oğullarından biri də Şirvan şəhidi Hümbətov Emil Tərlan oğludur.
Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurduqdan sonra bir müddət Şirvan şəhərində işləyir. 2016-cı ildə işləmək üçün Türkiyə Respublikasına gedən Emil 4 ildən sonra 2020-ci ildə Vətəninə, ailəsinin yanına qayıdır. Məsuliyyətli, işgüzar, bacarıqlı olması sayəsində tezliklə Hacıqabul rayonu Atbulaq qəsəbəsində yerləşən MMC-də işə başlayır. 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətndə baş verən şiddətli döyüşlərdə genaral-mayor Polad Həşimovun şəhid olması xəbərindən sarsılan Emil könüllü olaraq Vətəni qorumağa hazır olduğu haqqında Hərbi Komissarlığa müraciət edir. Sentyabrın 21-də Vətəni qorumaq üçün cəbhəyə yollanır, topçu və manqa başçısı kimi xidmət göstərir. Vətən müharibəsinin 15-ci günündə, 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olur. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilir. Ruhu göylərə, nəşi isə canı, qanı bahasına qoruduğu, uğrunda öldüyü Vətən torpağına qovuşur.
Emil ailənin tək oğlu idi. Subay idi. Atası Tərlan, anası Sevinc xanım oğul toyuna hazırlaşırdılar. Ünsiyyətcil, zarafatcıl olan Emil onu tanıyan hər kəsin yaddaşında silinməz iz buraxıb. Bacısı Aytac üçün təkcə qardaş deyil, dost, sirdaş, arxa-dayaq idi. Aytacın qızı Azranın ad gününə Emilin Türkiyədən sürpriz gəlişi həmin gün onlara bir dünya sevinc bağışlamşdısa, bu gün şəhidliyi ilə o ailənin çiyninə ağır bir yük qoyub. Elə bir yük ki, həm bu itkinin kədərini yaşamalısan, həm də qürurlu və məğrur dayanmalısan. Elə atası da komandanlığın, döyüş yoldaşlarının onun haqqında dediklərindən iftixarla, qürurla danışır.
Emil Türkiyədə olanda tez-tez anasına zəng edib halına soruşarmış, deyirmiş ki, məzuniyyət götür, gəl İstanbula, bir az dincəl. Anası deyir, indi peşmanam ki, kaş gedəydim yanına, doyunca görəydim oğlumu...
10 noyabr respublikamızın ərazisində yaşanan Qələbə izdihamı Vətən göylərində dolaşan bütün narahat şəhid ruhlarını şad etdi. Onların qanı yerdə qalmadı, torpaqlarımız da azad edildi, düşməndən qisas da alındı. Övladlarının tabutunu şərəflə son mənzilə yola salan şəhid ataları, şəhid anaları qürur hissi keçirir ki, qəhrəmanlarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda onların əmanət qoyduğu üçrəngli bayrağımız dalğalanır.
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi uca tutulur, şücaətləri yüksək qiymətləndirilir, adları əbədiləşdirilir. Şəhid əsgər Emil Hümbətov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Emil Hümbətov təkcə yaxınlarının deyil, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq, gələcək nəsillər onu ehtiramla yad edəcəkdir.
Allah rəhmət eləsin!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR