Şirvan şəhərində daha bir məhəllənin açılışı oldu - FOTOLAR
10-03-2021 [09:51]
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov F.Eynullayev küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərinin davamı olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı həyata keçirilir. Artıq geridə qalan Su çərşənbəsində şəhərin Şirin Şükürov küçəsində, Od çərşənbəsində Heydər Əliyev küçəsi 10 və 12 saylı yaşayış binalarının qarşısında salınan yeni məhəllələrin açılışı olub.
Bu gün Novruzun üçüncü çərşənbəsi-Yel çərşənbəsi münasibətilə şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri nəzərə alınaraq şəhərin F.Eynullayev küçəsi 9 saylı yaşayış binasının qarşısında yaradılmış nümunəvi məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yeni işıqlandırma sistemi, söhbətgahlar, müasir oturacaqlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet tavalar döşənib, bordyurlar düzülüb, parkətrafı əraziyə asfalt örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib. Uşaq-əyləncə qurğularının ətrafına ekoloji cəhətdən təmiz və uşaqların təhlükəsizliyi məqsədilə rəngarəng süni örtüklər düzülüb. Binanın qarşısında “Mərasim evi” tikilib sakinlərin istifadəsinə verilib. Binanın fasadı 1-ci mərtəbə səviyyəsində rənglənib, bloklara 4 ədəd metal qapı və 16 ədəd pəncərə qoyulub.
Açılışda şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Yel çərşənbəsi və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Belə nümunəvi məhələlərin digər binaların qarşısında da yaradılacağını, şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb. Bir neçə ay ərzində başa çatan abadlıq işlərinin uzunömürlü olmasını və səliqəli saxlanılmasını tövsiyə edib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı binanın yaşlı sakinləri və könüllü gənclərlə birlikdə məhəllədə ağacəkmə aksiyasında iştirak edib. Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR