Daha bir sabiq icra başçısı hakim qarşısına çıxarılır - Təfərrüat
10-03-2021 [17:41]
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslər barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Məlumata görə, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə baxılacaq.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ititham verilib.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Rəsmi açıqlamaya görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir.
Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə saxlanıllblar və onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ititham verilib/Report.
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib
"Vulverhempton" David Moller Vulfunu heyətinə qatıb
"Göztəpə" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
"Göztəpə"nin oyunçusu "Əl Nəcmə" klubuna transfer olub
Azərbaycanda isti hava şəraiti davam edir
Allan Saint Maksimin yeni komandaya imza atmağa hazırlaşır
Kadırovdan Türkiyədə sensasiyalı hərəkət... - Çeçen lider özəl xəstəxanaya yerləşdirilib (AÇIQLAMALAR)
Türkiyədə "əfsanəvi başqan"ın oğlunu öldürüblər
Yəməndə miqrant qayığı batıb - 55 nəfər ölüb, itkin düşənlər var
Tərtərdə silahla insident: qazi saxlanıldı
Lionel Messi zədələnib
Sahibə Qafarova Türkmənistanda belə qarşılandı
Qəzzada daha 119 fələstinli həlak olub
Hatayda zəlzələ oldu - 3,9 bal gücündə
Dia Sabanı gözlənilməz komandaya keçib
Semih Kılıçsoy "Kalyari" ilə müqavilə imzaladı
Şabrandakı meşə yanğını söndürülüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"News24.az" saytına xəbərdarlıq olundu
İsti hava nə vaxtadək davam edəcək? - Açıqlama
Elçin Əfəndiyev vəfat edib - 82 yaşında
Məmur olmaq istəyənlər imtahan verdi (Yenilənib)
Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib
"Şamaxı" və "Sumqayıt" komandaları arasında yoxlama oyunu olacaq
Azərbaycan diasporunun rəhbəri Moskvada saxlanılıb
Sabirabadda 64 yaşlı kişi azyaşlıya qarşı əxlaqsızlıq edib - Komitə araşdırmaya başlayıb
Nazir müavininin qardaşı arvadına kələk gəliblər
UEFA çətiri altında biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Mikayıl Cabbarov: "Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığı..."
Rayonlarda sağlamlıq günləri davam edir
Sabah hava necə olacaq? - Proqnoz
İnsan alverinin qurbanı olan qadınlar cəmiyyətə necə qayıdır? - DİN əməkdaşları və QHT-lər bunu müzakirə etdi
Vətənə xidmət...
Azərbaycan nefti ucuzlaşdı
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO