BİZ NƏ ÜÇÜN XƏSTƏLƏRƏ “ALLAH ŞƏFA VERSİN” DEYİRİK?
05-03-2021 [18:44]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Dilimizdə bir çox sözləri kütləvi baxımdan mexaniki şəkildə işlədib mənasını isə yaxşı bilmirik. Ağızdan aldığımız sözləri təkrar etməklə sözü yalnız bir mənada işlətdiyimizi zənn edirik. Ancaq o sözün dərin qatlarını, dilimizə hansə səbəbdən gəlib çıxdığını anlamırıq.
Bəzən bunu bilmədiyimiz üçün sözləəəri dddə öz yerinə uyğun işlədə bilmirik. Hətta İnanc və əxlaqla bağlı sözlərin bir qismini təhrif edir, yanlış davrana bilirik. Mənasını dərindən bilmədiyimiz söz və deyimlərdən biri də şəfa sözü və yaxud xəstə yanına gedəndə “Allah sənə şəfa versin!” deməyimizdir. Biz bu sözün dərinliyini yaxşı qavramadığımız üçün bu deyimi də adiləşdirmişik. Daha doğrusu dini inanca aid olan bu sözü öz əslindən çıxarmışıq. Yəni dindən çıxarıb adətə çevirmişik. Vərdiş etdiyimiz kəlamın dərinliyini bir qədər araşdırdıqda mühüm məqamlar ortaya çıxır.
Biz bi deyimi yaxşı anlamaq üçün öncə “şəfa” sözünün nə olduğunu yaxşı bilməliyik. Bu söz qarşımıza əsas etibarilə xəstəliklə bağlı anlayışlarda, tibbi terminologiyada daha çox çıxır. Şəfa, şəfqət və s. sözlükləri də elə xəstələrlə bağlı işlədirik. Bəs şəfa nə deməkdir. Şəfa sözü ərəb dil tərkibinə daxil olub dilimizdə doğmalaşan sözdür. Əsli şifa olub, lüğəvi mənası xəstəlikdən qurtulma, sağalma deməkdir.
Bu sözü anlamaq üçün öncə şəfa sözünü deyil, şəfi sözünü bilməmiz gərəkdir. Bəs şəfi sözü hansı mənanı ifadə edir? Şəfi sözünün lüğəvi izahı Uca Allahdan günahların bağışlanmasını xahiş edən, iltimas edən deməkdir. Bu baxımdan şəfa yalnız şəfi olanlara – peyğəmbər, övliya, alim, şəhid və saleh olan şəxslərə aiddir. Bir sözlə, “Şəfi” sözünün ərəbcədə olan əsas mənası günahkarın bağışlanması üçün vasitəçi olandır. Şəfa xəstəlikdən qurtulma, şəfaət bir günahkarın bağışlanması üçün vasitəçilik və iltimas deməkdir. Həzrəti Muhəmməd (SƏS) İslam ümmətinin günahlarından keçilməsi üçün Allahu-Təalaya üz tutan ən böyük şəfaətçi, övliyalar
isə daha aşağı dərəcələrə malik olan şəfaətçilərdir. “Rasulü Ekrem (SAS) bir kere şöyle buyurdu: – Allah (CC) kıyamet gününde Peygamberlere, sonra alimlere, sonra şehidlere şefaat izni verir” (Bax: Felahus Salihin (İlahi merhamet və hidayet). I cilt. İstanbul, 1995 (hazırlayanı İsmail Hakkı Akyol). Səh 442) və yaxud “Peygamberlerin, aleyhimüsselavatü vetteslimat” velilerin, alimlerin “rahime-hümullahü teala” şefaet edecekleri bildirilmişdir” (İmam Gazali. Kiyamet ve Ahiret. Hakikat kitabevi. İstanbul, 1999., səh 122).
Bütün xəstəliklərin günahlardan törədiyi inamına görə, Allaha yaxın olan bəndələr Allaha yalvarıb insanların günahından keçilməsini dilərlər. Dilərlər ki, günahından keçilən insan xəstəlikdən qurtulsun, yəni şəfa tapsın. Bu barədə məşhur İslam alimi İmam Qəzali yazır: “Rasülü Ekrem “Günahlardan öyleleri var ki, onları ancak geçim hususunda çekilen sıkıntılar yok eder” buyurmuştur” ( İmam Gazali. İhyaulumid-din. III cilt. Bedir Yayınevi, İstanbul, 1989., səh 66).
Eyni səhifədə başqa bir misal diqqəti cəlb edir: “Hz.Aişe”nin rivayetinde şöyle buyurulmuştur: “Kulun günahı çoğalıb da onu yok edecek emeli bulunmazsa, Allahu Teala ona sıkıntılar verir və günahlarına keffaret olur” denildi ki, kalbe girdiyi halda insanın bilmediği sıkıntı yaptığı günahın ve çekeceği azabın sıkıntısıdır” (yenə orada, s 66)
Xəstə ziyarətində ağzı dualı insanların söylədiyi “Allah sənə şəfa versin” alqışının el arasında kütləviləşməsi də sınama olaraq meydana gəlmiş eyni məna yükünü daşıyan anlamı ifadə edir.
Bəzi din mövzularında danışan bilgisiz insanlar şəfaəti inkar edir. Bunu onunla əsaslandırırlar ki, sən min bir günah edib, sonra bağışlanma nəticəsində xilas ola bilmərsən. Əslində bu fikirlərində haqlı, məsələyə münasibətdə isə yanlış yolu seçirlər. Çünki şəfaətçilikdə aydın bilinir ki, əvvəldə qeyd etdiyimiz kimi məhz xəstəlik günahların cəriməsidir. Günah etməyə çalışma ki, xəstəlik tapmayasan. Şəfaətçilər yalnız bağışlana biləcək günahlar üçün şəfaətçidirlər. Bağışlanmayacaq günahlar üçün şəfaətçi deyillər. Sən əziyyət çəkib nəfsinə cəbr etməlisən ki, günahların da bağışlansın. Demək şəfaətçilik əslində bizə sevgidən irəli gəlir, ancaq özümüz də bağışlanmağımız üçün günahlardan uzaq qaça bilməliyik.
Təsadüfi deyil ki, irfan yolçuları riyazət və təqva dövrünü keçir. Nəfsi təmizlənmə rühi müalicəyə səbəb olur. Riyazət dövrü əksər ixlas sahiblərində məhz 40 gün, 40 gecə götürülür. Özünü dünya nemətlərindən ayırıb, 40 gün, 40 gecə ibadətə çəkilən zahidlər nəfsin idarəsini, ruhun işıqlanmasını, bəsirət gözünün açılmasını, kəşfin və fəhmin aydınlığında doğru yolun tutulmasını və ən başlıcası da, xəlq olunmuşun xəlq edənə, məxluqun Xaliqə itaət və ibadətini irfan yolunun mərifət mərhələsinin əsası kimi götürmüşlər. Böyük alim, həkim və şair Şeyx Nizami də riyazət dövrünü 40 gün götürür və “Məxnəzül-əsrar” (Sirlər xəzinəsi) əsərində yazır:
“Öz cismini candan da təmiz (pak)” edərsən,
Onu qırx gün həbsdə saxlasan” (Bax: Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, Elm, 1981 (Filoloji tərcüməsi R. Əliyevindir)., səh 115)
Eyni zamanda elə eyni yerdə riyazətin üstünlüyü barədə şair-zahid heyrətamiz ifadələr işlədir:
“Ürəyin qədrini və canın rütbəsini dərk etmək,
Yalnız riyazət (mücahidlik) vasitəsilə olar.
Ünsürlərin gümüşünü riyazətə tapşır ki,
Riyazət onu təbii qızıla çevirsin.
Riyazət vasitəsilə (yüksək) bir məqama çatarsan,
Və son nakəslikdən insanlıq dərəcəsinə ucalarsan!”
Təsadüfi deyildir ki, professor Rüstəm Əliyev də yuxarıda göstərdiyimiz mənbənin şərh və izahlar bölməsində bu beytlərə belə izah verir: “Sən öz bədənini qırx gün riyazət ilə cürbəcür ehtiraslardan uzaqlaşdırıb, həbsdə saxlasan, onu dünyəvi çirkabdan təmizləyib ruhun mərkəzi olan qəlb və can kimi pak edə bilərsən” (səh 219).
Beləliklə biz “Allah sənə şəfa versin!” alqışı ilə xəstələrə günahlardan təmizlənmə diləyir, ruhunu və bədənini Uca Allahın buyurduğu kimi yaradılış mahiyyətinə uyğun idarə etməyi arzu edirik. Qalanı isə öz öhdəsinə düşür. Daha doğrusunu Uca Allah bilir
Mia.az
"Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın olub - VİDEOLAR
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)
İran MAQATE ilə vidalaşır - Parlament qanun layihəsini qəbul etdi
Qəzzada 32 fələstinli həlak olub
Rövşən Nəcəf AFFA rəhbərliyini SOCAR-a toplayıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb