Sabiq rəisə 6 il həbs cəzası verildi

img

05-03-2021 [13:42]


Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü.Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməkdə cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilib. Təqsirləndirilən barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməyib.

Ü. Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Ü.Aslanov barəsində cinayət işinin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 139 741 manat pul vəsaitini mənimsəyərək talamaqda ittiham edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA