22-12-2013 [20:43]
Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkilatçılığıyla tanınmış rəssam, fəlsəfə elmləri doktoru Səyyar Əliyevin yaradıcılığından ibarət sərgi keçirildi. "Şuşa-Qarabağ" adlı sərgiyə böyük maraq olsa da, ortaya müəyyən problemlər də çıxdı. Bəlli oldu ki, Qarabağ harayından bəhs edən 70-dən çox əsərin nəzərdə tutulduğu bir ay müddətində nümayişinə maneələr yaradılıb. Tanınmış rəssam Səyyar Əliyevlə söhbətə bu mövzudan başladıq:
- "Şuşa-Qarabağ" adlı sərgi mənim öz emalatxanamda - "Ak Senter"dəki "Şərq Qaleriyası"nda baş tutdu. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, sərgi çox yüksək səviyyədə keçdi. Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən Şuşa Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, xeyli millət vəkili və tanınmış ictimai xadimlər, jurnalistlər, elm adamları, tələbələr sərgidə iştirak etdilər. Açığı, sərgiyə bu qədər diqqət və marağın olacağını gözləmirdim. Görünür, xalqımız artıq gerçək mədəniyyətə diqqət göstərməyə başlayıb. Deyim ki, hələ yüzlərlə müəllim yoladşım və mədəniyyət işçisi məndən incidi.
- Niyə?
- Dedilər ki, bizi niyə dəvət etməmisən? Biz də sənin əsərlərini görmək, ürək sözümüzü demək istəyirdik. Amma neyləyim, mümkün olmadı.
- Sərgiyə hazırlıq nə qədər vaxt apardı?
- Mənim üçün fərq etmir, həmişə işləyirəm. Elə bir gün yoxdur ki, emalatxanaya getməyim. Xəstə olanda da fırçam əlimdən düşmür. Axı, mən Şuşada doğulmuşam. 20 ildən çoxdur ki, "Qarabağ!", "Şuşa!" deyirəm. Bütün hiss, həyəcan daxilimdədir. Şuşada mənim elə gözəl günlərim olub ki, saymaqla bitməz. Səfalı, təmiz diyar olan Şuşanı unutmaq olmaz. Onun havasını udan, çörəyini yeyən və suyunu içən adam həmin dərdlərlə yaşamalıdır. Məni yaşadan Şuşanın bulaqları və meşələri olub. Onları görməsəy-dim, bəlkə də rəssam olmazdım. Düzdür, o vaxtlar tanınan rəssam deyildim, şəkillər çəkirdim. Müharibə, Şuşa, Xocalı hadisəsi yox idi. Amma mən Xocalı, Şuşa hadisələrində orada olmuşam. Buna baxmayarAq, bu hadisələr əsərlərimin ana xəttini təşkil edir.
- "Şuşa-Qarabağ" adlı sərgidə Qarabağı canlandıra bildinizmi?
- Bəli, mən bu sərgidə bütün Qarabağı canlandırdım. Şuşa, Xocalı, Meşəli kəndi, Dəli dağ, Ağdam, daha haralar əsərlərimdə öz əksini tapmayıb ki? "Nar" əsərim Ağdamın məşhur Şelli narına həsr olunub. "Dəli dağ" Kəlbəcərdə, Laçında, Şuşada da var.
"Sarı qayanın kədəri" əsəri rekveyim sayılır. "Sarı qayanın kədəri" bütün yurd-yuvasından didərgin düşənlərin kədərini özündə əks etdirir. Bu, məşhur əsərdir. Mövzunu birbaşa işləmişəm. Eskiz-zad çəkməmişəm. Nə də fikirləşməmişəm ki, "Sarı qayanın kədəri"ni işləyirəm. Əsəri başa çatdırandan sonra adı müəyyənləşib.
"Şuşa qalası" adlı əsərim də çox təsirlidir. Şuşanın 20 işğalının illiyi ilə bağlı Muzey Mərkəzində sərgi keçirildi. Bu sərgi Prezidentin qərarı ilə baş tutdu. Orada Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, müavinləri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, deputatlar iştirak etdilər. Həmin sərgidə nazirin müavini Sevda xanım mənim əsərimə baxanda dedi ki, bu "Hernika"dır. Dedim ki, Sevda xanım, bu, Qarabağın canı olan Şuşa faciəsidir.
"Hernika" tanınmış rəssam Pikasonun əsəridir. Bu, alman faşistləri tərəfindən yandırılan şəhərin adıdır. Bu əsər də o şəhərdə yaranan faciələrdən yarandı. Onun bu əsəri ilə mənim "Şuşa qalası" adlı əsərimi müqayisə etdilər. Bu əsər mənə daxildən gələn hisslər əsnasında yarandı. "Şuşa faciəsi" əsərinin dibi görünmür. Əsər qeyri-adidir.
"Sarı qayanın kədəri" adlı əsərdə insanlar - qadınlar, uşaqlar, kişilər, yaralılar, evini-eşiyini itirənlər əks olunub. Bu da 2010-cu ildə keçirilən sərgidə nümayiş olundu. Həmin sərgidə bu əsərə rekveyim adı verdilər. Orada 25 rəssamın 150 işi sərgiləndi. Sərgi başa çatandan 10 gün sonra xalq rəssamı Arif Hüseynov mənə telefon açdı. Dedi ki, Səyyar müəllim, "Zerkalo" qəzetini al, oxu və at sandığa. Səbəbini soruşdum, demədi. Eləcə dedi ki, sözümü eşitsən,yaxşı olar. Dedim baş üstə! Qəzeti aldım. Baxdım ki, sən demə, Nadejda İsmayılova bu sərgidə olub. Orada o, 5-6 əsər seçib. Onların hər birinə qiymət qoyub. Mənim əsərimə də rekveyimi bu yazıb - "evsiz-eşiksiz, yurd-yuvasından didərgin düşən insanları canlandırıb". Mənim bu əsərimi də dünya şöhrətli rəssamların adları ilə bağladılar.
Hətta bəziləri deyir ki, sənin əsərlərin Avropa rəssamlarının əsərlərindən fərqlənmir. Hollandiyalı rəssam var - Mario. O, mərhum prezident Heydər Əliyevin 90 illiyi ilə əlaqədar keçirilən Gül bayramında olub. Mario Bakıda olanda mənim əsərlərimdən xəbər tutub.
Bir gün zəng gəldi ki, Səyyar müəllim emalatxanada ol, Mario sənin işlərinə baxacaq. Mario gəldi və mən bütün işlərimi düzdüm. Bir-bir baxdı. Çox xoşuna gəldi, dedi ki, sən Azərbaycanın Vanqoqusan. Dedim ki, Mario, mən Azərbaycanın Səyyarıyam.
Vanqoq çox məşhur rəssamdır. Bu yaxınlarda isə İngiltərədən bir rəssam gəldi. O da baxdı, dedi ki, bu işlər Avropa səviyyəsində sərgilənməlidir. Ünvanını verdi, dedi ki, bütün şəkilləri tez zamanda İngiltərəyə göndər. Orada bu əsərlərə baxış keçirib, səni dəvət edəcəyik. İngiltərədə sərgim keçirilməlidir. Sərgidə, həmçinin əsərlərim də satışa çıxarılacaq.
- Xarici ölkələrdə hər hansı əsəriniz sərgilənib?
- Olmayıb. Əsərlərimi daha çox hədiyyə vermişəm. Amma ehtiyac içində boğulsam belə, Qarabağ faciəsindən bəhs edən əsərləri satmağa əlim gəlməz. Heç vaxt əsərimə xərclədiyim maliyyə vəsaitini də hesablamamışam. Mənim ən böyük xərcim enerjim və ürəyimdir ki, onu da əsərlərimə qoyuram. Ən böyük sərvət budur.
Bütün əsərlərimi ürəkdən çəkirəm. Bu günə qədər də heç kəs mənə maliyyə dəstəyi verməyib. Hamısını özüm edirəm. 70-dən yuxarı əsərim təkcə bir sərgidə nümayiş olunub. Amma mənim 100-dən çox əsərim var. Sadəcə, onlar sərgi keçirilən məkana yerləşmədi. Mən bu əsərlərimi satışa çıxarmaq, pul qazanmaq üçün deyil, vətən, torpaq üçün çəkdim. Elə günüm olub ki, 5-6 saat dayanmadan işləmişəm.
- Şuşa Rayon İcra Hakimiyyəti Sizə dəstək olurmu?
- Bəli, olur. Sonuncu sərgimdə icra başcısının müavini Vüsalə xanım çıxış etdi. Dedi ki, Səyyarın Qarabağdan bəhs edən əsərləri hamısı Avropaya getməlidir, dünyaya çıxmalıdır.
- Bu işlərin dünyaya çıxması üçün hansı addımlar atılıb?
- Hələki heç bir addım atılmayıb. Ancaq ümidim böyükdür.
- Deyilənə görə, Mahir adlı bir iş adamı sərginizə mane olub, sərgiyə gələnlər qaleriyaya girə bilməyib. İş adamının Sizinlə hansı problemi var?
- Mahir Əliyev sərgidən əvvəl ora bir az qum tökdü. Onu tez-tələsik yığışdırdım. Sərgi başlayandan bir neçə gün sonra isə ustaya deyib ki, get, sərgi keçirilən yerdə nəyisə düzəlt. Usta da "laqonda"nı alıb əlinə başlayıb işləməyə. Ətrafı toz bürümüşdü. Bunu görəndə əsəblərimi saxlaya bilmədim. Necə yəni, insan olasan, rəssamın qonaqlarını toza basasan?
- Niyə belə edirdilər?
- Nə bilim. O, bir az incəsənətdən bixəbər adamdı. Sərgiyə maneçilik törətdi. Mənim yaradıcılığımın qarşısını alıb. Məni maddi çətinliyə salıb. Düzgün deyil bu. Mənə və sərgiyə gələn qonaqlara bu hörmətsizliyi etməməliydi. Amma mən buna baxmayaraq, sərgini keçirdim. Mən elə adam deyiləm ki, yaradıcılığımı kiməsə qurban verəm.
- Sizin "Narahat ruhlar" adlı əsəriniz var. Yəqin ki, o əsər Qarabağdan çıxmış məşhur sənət adamlarından bəhs edir?
- Bəli, Üzeyir bəy, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qarğaydıoğlu, Bülbül, Qara Qarayev və onlarla başqa sənət adamının ruhu narahatdır. Onların əksəriyyəti Şuşalıdır. Mən onları bir rənglə - zümrüd rəngi ilə canlandırdım.
- "Narahat ruhlar" əsərini də daxil etməklə yaradıcılığınızdan bir film çəkmək olarmı?
- Əlbəttə. AzTV-dən dedilər ki, səndən yarım saatlıq film çəkmək istəyirik.
Bir dəfə Tahir Salahovla görüşdüm. Mənə dedi ki, sənin əsərlərinə baxdım. Çox bəyəndim. Bunu belə qoymaq olmaz. Sonra mənim əsərlərimin biri Azərbaycan İncəsənəti Ensklopediyasına düşdü. Hələ ki, film çəkilməyib.
- Səyyar müəllim, son illər bəstəkarlar, yazıçı və şairlərə olan diqqət və qayğının müqabilində rəssamlar sanki kölgədə qalıb. Belə deyilmi?
- Son vaxtlar bizlərə də diqqət artırılıb. Möhtərəm Prezidentimiz İlham Əliyev yaradıcı insanlara daima böyük diqqət göstərir. Səviyyəli əsərlər çəkilir, xarici ölkələrdə yayımlanır. Mehriban xanım, Leyla xanım buna yüksək səviyyədə fikir verirlər. Onların dəstəyi ilə xeyli rəssamın əsəri Avropa ölkələrində yüksək səviyyədə nümayiş olunub.
- Sizə də nəsə veriblər?
- Mən ancaq Rəssamlar İttifaqının üzvüyəm, vəssalam.
- Çoxları belə hesab edir ki, Qarabağla bağlı hələ sanballı bir əsər, film çəkib dünyaya təqdim edə bilməmişik. Sizcə, Rəssamlar İttifaqı bir müsabiqə keçirib, Qarabağla bağlı gözəl əsərlərin yaranmasına vəsilə ola bilməzmi?
- Əla təklifdir. Amma həyata keçirmək lazımdır. Mənim Qarabağdan bəhs edən bütün əsərlərim emalatxanadadır. Halbuki onlar bu saat xarici ölkə muzeylərində olmalıdır. İstəyərəm ki, əsərlərim xaricdə sərgilənsin. Amma bu, mənlik deyil. Ancaq əminəm ki, əsərlərim nə vaxtsa xarici ölkə müzeylərini bəzəyəcək.
"Reytinq" qəzeti
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Keçmiş sevgilisindən Hidayətə ittihamlar
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunuub
"Kapitalbank" Mia.az saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha iki bələdiyə sədri Ərdoğanın partiyasına keçdi - FOTO
İsrail ordusu Livana hava zərbələri endirib
Anar Babayev aparat rəhbəri tyəin edilib
Nazir təhsil ekspertlərini şantajda ittiham etdi: "Bu, şantajdırsa, biz bu barədə danışmırıq"
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
Trampın Minskə gedib
Kreml: "Polşanın PUA-larla bağlı ritorikası yeni deyil"
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ
Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: "Azərbaycanın istəyini haqlı hesab edirik"
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik - Əli Əsədov qərar imzaladı
Əli Əsədov nəqliyyatla bağlı yeni qərar imzalayıb
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
Qəzzanı 200 mindən çox insan tərk edib
Direktor müavini kanalda boğulub