22-12-2013 [20:16]
Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kütləvi dava olub. Məlumata görə, əvvəlcə iki nəfər arasında başlanan kiçik mübahisə sonradan böyük davaya çevrilib: ona yaxın şəxs Taleh Əsgərov adlı şəxsə hücum çəkərək onu döyüb.
Taleh isə onlardan canını qurtarmaqdan ötrü yaxınlıqda ərzaq mağazası işlədən qardaşı Oqtayın yanına qaçıb. Onu döyən şəxslər isə bu dəfə mağazaya hücum edərək, hər iki qardaşı möhkəmcə döyüb, mağazanı dağıdıblar. Dava zamanı Taleh bıçaq xəsarəti, Oqtay isə kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən möhkəm zədə alıb. Qardaşlar dərhal Musa Nağıyev adına xəstəxanaya çatdırılıb.
Xəbəri aldıqdan sonra AzNews.az-ın əməkdaşı xəstəxanaya yollanıb və xəsarət alan şəxslərin yaxınları ilə söhbət edib. Onlar bildiriblər ki, cinayəti törədən şəxsləri tanıyırlar. Lakin onların saxlanması üçün polis hələlik heç bir addım atmayıb:
"Məsələ ilə bağlı polisə şikayət etmişik. İş Şövqi adlı müstəntiqdədir. Lakin o, hadisədən üç gün keçməsinə baxmayaraq, işi törədənlərin heç birini dindirməyib. Bu gün onunla əlaqə saxladıq, dedi ki, gərək həmin adamları tapıb mənə versinlər ki, dindirim. Məsələ burasındadır ki, heç bizim uşaqları da dindirməyiblər. Bizim uşaqları döyən, dələduzluq edən həmin uşaqlar daim dava salır, müxtəlif məqsədlər üçün adamları döyüb, təzyiqlər göstərirlər, lakin polis həmin şəxsləri saxlamır. Yəqin bu dəfə də o niyyətdədirlər”. Qaradağ Polis İdarəsinin növbətçi hissəsindən isə məsələ barədə məlumatlı olduqlarını bildirsələr də, hadisə ilə bağlı geniş məlumat verəsi səlahiyyətli şəxslərin işdə olmadığını bildiriblər: "Bu gün istirahət günüdür, sabah zəng vurun, ətraflı məlumat versinlər”(Aznews.az).
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ