Dünyada ərzaq son 8 ayda kəskin bahalaşıb

img

03-03-2021 [15:33]


BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2021-ci ilin yanvar ayına olan aylıq hesabatına əsasən ərzaq məhsullarının beynəlxalq qiymətləri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 14,3 % artıb.

Bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.

Hesabata əsasən, dünya ərzaq qiymətləri son 8 ayda yüksəlməklə bərabər 2014-cü ilin iyul ayından indiyədək ən yüksək aylıq artış səviyyəsinə çatıb: “Bununla yanaşı, dünya miqyasında taxıl ehtiyatlarında isə kəskin azalma müşahidə olunub”.

“Qlobal olaraq 2020/21-ci illərdə taxıl istehlakının əvvəlki mövsümə nisbətən 52 milyon ton artaraq 2 761 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Buğda və düyünün dünya üzrə istehlakının il ərzində müvafiq olaraq 0,7 %  1,8 % artacağı proqnozlaşdırılır. Həmçinin, dənli bitkilərin qlobal ehtiyatlarının 2,2 % azalaraq 801 milyon tona enəcəyi gözlənilir, bu isə son beş ildəki ən aşağı göstəricidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA