Təhsil Nazirliyi məlumat yaydı: "8 martda pul yığıla bilməz"

img

02-03-2021 [11:13]


"Təhsil Nazirliyi  qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji  heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana  kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır". 

Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 mart  – Beynəlxalq Qadınlar Günü  münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz". 


Digər xəbərlər
SON XƏBƏRLƏR