ŞƏHİD TOPÇU NÜSRƏT MEHDİYEV... - Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib
01-03-2021 [14:38]
Oğul var evdən gedər, oğul da var eldən, - deyib atalarımız, hər oğula da qismət olmaz “el oğlu” adını qazansın.
Bu dəfə sizə tanıdacağım şəhid Sabirabad rayonunun Balahəşimxanlı kəndindən olan və İkinci Qarabağ savaşında ən yüksək məqama ucalaraq, elin oğlu kimi qayıdan Mehdiyev Nüsrət Telman oğludur.
Balahəşimxanlı kəndi də Sabirabadın mərkəzindən xeyli uzaqda yerləşən kəndlərindəndir. Bir neçə il əvvəl dövlət büdcəsi hesabına bu kənd də daxil olmaqla yeni, kəndarası asfalt yolların çəkilməsi həyata keçirilmiş, kəndiçi yollara isə imkan daxilində çınqıl döşənməklə gediş-gəliş asanlaşmışdır. Amma aradan keçən müddətdə yolun bəzi hissələrində asfalt örtüyü dağılmış, narahatlıqlar yaranmışdır. Mən də bu səbəbdən uzun yolu yaxın edən həmin mərkəzi asfalt yolla gəlsəm də, mənzil başına yorğun gəlib çatdım.
Hasarsız, geniş həyətyanı sahəsi olan evə sarı ayrılan yolun üstündə şəhidin iri dəmir çərçivədə şəklini görüb yolu bitirdiyimə əmin oluram. Şəkildən adam olmaz,- deyərdi anam, düz deyirmiş. Əsgər paltarında,üzünə, gözünə təbəssüm çilənmiş bu oğlanın şəklinə baxdıqca onun arzularının qəlpələnərək dağıldığını hiss edirəm... Torpaq yolu da keçib həyətə çatıram, burada Nüsrətin atası və əmisi gözləyir bizi... Balaca otağın baş tərəfində Nüsrətin divarboyu bir neçə böyüdülmüş şəkli qoyulub, bura, 19 illik qısa ömrünün bir çox epizodlarına şahid olan otaq ona məxsusdur... O, bu otaqda dərslərini hazırlayıb, gələcək həyatı üçün şirin xəyallar qurub. Amma böyüdükcə gənc qəlbi erməni vəhşiliyinə qarşı sonsuz nifrət və qisas hisi ilə də dolub daşıb. Nə zamansa özünü də Qarabağı düşməndən azad edəcək ordunun sıralarında təsəvvür edərək həmin günü həsrətlə gözləyib...
Nüsrət Mehdiyev 1999-cu il, yanvarın 3-də dünyaya gəlib. Amma nədənsə valideynləri onun dünyaya gəlişini rəsmişəşdirməyə yubanıblar, elə sənədi olmadığından orta məktəbə də vaxtında gedə bilməyib. 2010-2019-cu illərdə Balahəşimxanlı kənd tam orta məktəbində təhsil alsa da, 2019-cu ildə məktəbə getməkdən imtina edərək hərbi xidmətə yollanıb. Karantin dövrünü Gəncədə “N” saylı hərbi hissədə keçirmiş, sonrakı dövrü isə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə topçu kimi xidmət etmişdir. Nümunəvi xidməti, fərdi keyfiyyətləri ilə seçilən Nüsrət, 2020-ci ilin yanvar ayında məzuniyyətə buraxılır, qayıtdıqdan sonra isə Manqa komandiri təyin edilir. Daim ön cəbhədə, Murovdağın ən hündür yerindəki postda erməni hərbi birləşmələri ilə üz-üzə səngərdə dayanan Nüsrət Mehdiyev də rəhbərlik etdiyi manqanın hərbi qulluqçuları ilə birgə müharibə başlayan ilk gündən döyüşlərə qatılmışdır. Elə 27 sentyabr 2020-ci ildə, müharibənin birinci günü Murovdağ ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə qalxan Nüsrət Telman oğlu Mehdiyev, doğulub boya-başa çatdığı Balahəşimxanlı kəndində torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin...
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
...Azərbaycan bayrağını, qaldırıb başı üstünə,
Çəkir şəhid balasının, müqəddəs nəşi üstünə...
Atası Telman kişi oğlu haqqında fəxrlə danışır, vətənpərvərliyindən söz açır. Əlbəttə ağır itkidir, -deyir,-yeganə oğlumu itirmişəm, amma düşünəndə ki, uzun illər işğal altında qalan müqəddəs torpaqlarımız minlərlə Nüsrət kimi oğulların sayəsində azad edildi, həm təsəlli tapıram, həm də fəxr edirəm.
Vətən sağ olsun!..
Şahnaz Şahin
MİA.AZ
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI