Azərbaycan Prezidenti: "10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir, istənilən variantda bu, icra olunacaq"
26-02-2021 [13:41]
“Erməni tərəfi baş nazirin simasında Prezident Putinin sözlərinə qulaq asmırdı. O, özü də bunu mənə şəxsən deyib. Müharibə dövründə dəfələrlə təmasda olmuşuq. Təbii ki, Ermənistanın baş naziri ilə bizim birbaşa təmasımız yox idi və yoxdur. Lakin Prezident Putinin vasitəsilə biz bir-birimizə müxtəlif mesajlar ötürürdük və onun sözlərinə baş nazir qulaq asmırdı və beləliklə vəziyyəti elə pisləşdirdi ki, kapitulyasiya aktını hansısa qaranlıq otaqda imzalamalı oldu”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Bizim siyasətimiz birmənalıdır. Biz sülhə köklənmişik. Bizə müharibə lazım deyildi, bu məcburi tədbir idi və bu tədbir illərdir sürən, 30 ildir sürən danışıqlardan daha effektiv oldu”, - dövlət başçısı bildirib.
Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək: “Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır”.
Prezident digər suala cavabda deyib ki, prinsip etibarı ilə 10 noyabr bəyanatından sonrakı müddətdən razıdır:
"Laçın, Kəlbəcər və Ağdamın bizə qayıtması mümkün oldu. Digər məsələlərlə bağlı müsbət addımlar atılır. Bəzi məsələlər isə təbii olaraq icra edilmir. Bunun üçün də zaman lazımdır. prinsipcə məsələ müsbət istiqamətdə gedir.
Mərkəzlərin fəaliyyət göstərməsi də bu istiqamətdə atılan önəmli addımdır. Əminəm ki, monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmlənməsinə töhfə verəcək. Azərbaycan Prezidenti olaraq deyə bilərəm ki, Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və buna ehtiyac yoxdur.
Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ icra edilmir. Rusiyanın sülhməramlı qüvvələri ərazimizə əcnəbilərin buraxılmasında ciddi addımlar atmır və bu bizi narahat edir. Bunu da Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər tənzimlənəcək.
Biz unutmamalıyıq ki, bölgədə və dünyada tam yeni durum yaranıb. Biz buna uyğunlaşmalıyıq. Hər bir ölkə buna öyrəşməlidir. Psixoloji problemlər də var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Ancaq hər şeyin öz vaxtı və yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik. 44 gün ərzində mümkün olmayanı gerçəyə çevirmişik. Bunu tək biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat aparıcı dünya ölkələrinin hərbi məktəblərində öyrədilir. Hesab edirəm ki, müharibə dövründə və sonra mümkün olan maksimum nəticəni əldə etdik. Həyat davam edir, yerində durmur və yeni məsələlər ortaya çıxır. Arzulara və hədəflərə çatmaq üçün nə etməliyik? Ümumi plan çərçivəsində addımlarımızı atacağıq və yeni nailiyyətlər də olacaq".
Prezident başqa bir suala cavabda deyib ki, istənilən halda 10 noyabr bəyanatı icra olunacaq: “İstənilən şəkildə Ermənistanın rəhbərliyi hər hansısa bir formada – fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki, Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə, bu, intihar olacaq. Həqiqətən də, intihar burada ən yerinə düşən sözdür. Ona görə də Ermənistanda başa düşməlidir ki, onların qarşılaşdığı bu vəziyyət illərdir yürütdükləri siyasətin nəticəsidir. Bu, Azərbaycana qarşı idi və işğal siyasətidir”
Mia.az
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ