Moldovalı politoloq Xocalıdan yazdı: "Xatırlayın, ədalət axtarın və intiqam almayın"
25-02-2021 [19:57]
Moldova Effektiv Siyasət İnstitutunun direktoru, tanınmış siyasi politoloq, tarix elmləri doktoru Vitali Andrievskinin tanınmış "ava.md" informasiya agentliyində Xocalı soyqırımı haqqında "Помнить. Добиваться справедливости. Не мстить" adlı məqaləsi dərc olunub.
Mia.az həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:
"Xatırlayın, ədalət axtarın və intiqam almayın"
Ümummilli lider Heydər Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
1992-ci ilin fevralında baş verənlər tarixə Xocalı soyqırımı kimi düşdü. Soyqırım haqqında çox şey yazılıb və danışılıb. Xocalı soyqırımı mülki əhalinin qırğını kimi dünya tarixində dərin iz buraxan Holokost, Xatın, Sonqmi, Lidisa, Babi Yar soyqırımları ilə eyni səviyyədədir. Xocalı soyqırımı nəticəsində 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.
Bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistanın silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terror dəstələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti idi.
Bu cinayət unudula və bağışlana bilməz.
Ümummilli lider Heydər Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Ancaq bu gün mən bu dəhşətli faciədən danışmayacağam. Artıq onun haqqında çox şey yazılıb və söylənilib. Mən Azərbaycan xalqının, bu ölkənin Prezidenti İlham Əliyevin böyüklüyünü və müdrikliyindən danışmaq istəyirəm. Bu böyüklük və müdriklik ondadır ki, işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlar aparan zaman belə onlar intiqam alanlar kimi davranmadılar. Baxmayaraq ki, buna mənəvi haqqları var idi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti öz açıqlamasında bildirib: "Biz tarixi ədaləti bərpa etdik. Eyni zamanda məsuliyyət, ədalət nümayiş etdirdik və Ermənistan ərazisinə girmədik. Biz Beynəlxalq hüquqa hörmət prinsipini nümayiş etdirdik".
Daha sonra Əliyev qeyd edir ki, ermənilərin yaşadığı bu bölgədəki sülhməramlı qüvvələr orada humanitar fəaliyyət göstərirlər, baxmayaraq ki, bu funksiya 10 noyabrda imzalanan bəyanatda müəyyənləşdirilməyib. Azərbaycan bunun qarşısını almır.
Bəs nə üçün?
Prezident bunun cavabını da verir: "Çünki biz insanların orada yaşadığını, qışın gəldiyini, soyuq olduğunu başa düşürük. Orada bir az iş görmək lazımdır ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Buna görə icazə verdik. İndi yüklərin əhəmiyyətli bir hissəsi ora Azərbaycan ərazisindən keçir. Biz buna icazə verdik".
Əliyev, həmçinin Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı Xocalı soyqırımı və digər cinayətlər törətdiyini xatırladıb. O bildirib ki, azad edilən torpaqlarda təxribatla məşğul olanlar ələ keçirilib, ancaq öldürülməyib. Prezident onları onların əsir götürüldüyünü, müharibənin bitdiyini, artıq qan tökməyə ehtiyac olmadığını qeyd edib.
Bu, həqiqi bir nəciblikdir. Qalib gəl və intiqam alma. Müharibə bitdi. Azərbaycan istədiklərinə nail oldu. Artıq quruculuq dövrü başlayır. Burada vacib olan bir neçə məsələ də var.
Birincisi, nə üçün Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında uğur qazanacağına inam var?
Çünki bu gün Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Dünya Bankının statistikasəna görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Həmçinin Azərbaycan ən çox islahatlar aparan ölkələrin onluğuna daxil edilmişdir. Azərbaycan əhaliyə elektrik enerjisi verilməsinə görə dünyada ikinci yerdədir. Qlobal olaraq ikinci yer. Hökumətin dəyişikliklərə görə məsuliyyət əmsalı, yəni islahatçı imic əmsalı ilə Azərbaycan dünyada beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyasına görə isə Azərbaycan 10-cu yerdədir. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsində Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələrinə gəldikdə isə dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından 11-ci, hava yolu xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdədir. Magistral yolların keyfiyyətinə görə 24-27-cı sıralarda qərarlaşır. Bu göstəricilər inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. Azərbaycan hərtərəfli inkişaf indeksində üçüncü yerdədir. Bu, dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan Dünya Bankı və dünyanın bir nömrəli forumu Davos - Dünya İqtisadi Forumunun hesabatlarında yer alır.
İkincisi, Azərbaycan bu gün azad edilmiş bölgənin bərpasına və inkişafına nail olmaq üçün nəyi və necə edəcəyini bilir.
Tapşırıqlar çox çətindir. Bunlardan bəzilərini sadalayacağam:
- 9 mindən çox dağıdılmış evi bərpa edin;
-İnfrastruktur layihələrinin, ilk növbədə yeni yolların, tunellərin bərpası və inşası.
-Hava limanının tikintisi
-Enerjinin inkişafı. Bölgədə həm ənənəvi, həm də bərpa olunan enerji mənbələri geniş yayılacaq.
-Dəmir yolu tikintisi
-Müasir suvarma sistemlərinin yaradılması
-İqtisadiyyatın müxtəlif sahələrinin inkişafı
Azərbaycan İqtisadiyyat İnstitutunun direktorunun sözlərinə görə, geri qaytarılmış ərazilərin tam bərpası yaxın 10 ildə 100 milyard manata (59 milyard dollar) başa gələcək. Neft və qaz sektoru sayəsində kifayət qədər maliyyə ehtiyatlarına sahib bir ölkə üçün belə bu məbləğ çox böyükdür.
Fikrimcə, Azərbaycanın konstruktiv şəkildə etmək istədiyi şey, Xocalı faciəsinin ağrısını çəkənlər, öldürülənlər üçün ən yaxşı abidə olacaq. Bəli, onların həyatlarını geri qaytarmaq olmaz. Lakin işğal olunmuş torpaqlar geri qaytarıldı. Qaçqınlar geri qaytarılacaq. Bu torpaqlar daha da gözəlləşəcək və insanların həyatı mütləq yaxşılaşacaq. Həmçinin azərbaycanlılarla yanaşı ermənilər də Azərbaycan torpağında yaşayacaqlar. Eynən siyasətçilərin müdaxilə edib xalqlar arasında qarışıqlıq başladana qədərki zamanda olduğu kimi dostluq və harmoniya içində yaşamaq.
Mia.az
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək