3 ayda yan-yana tikilən sürətli 12 ev... - Sakinlər yazır, komitə və FHN isə ötür-ötür edir, icra başçısı isə...
25-02-2021 [13:26]
"Sizə Xırdalan şəhərində aparılan qanunsuz tikinti işləri ilə bağlı müraciət etmək istəyirəm. Keçən il bu səbəbdən bəzi məmurların həbs edilməsi mövcud problemin davam etdirilməsinə mane olmamışdır. Belə ki, həbslərdən sonra, avqust ayında Xırdalan şəhərinin Rövşən Əliyev küçəsinin 1-ci dalanında yerləşən, hərəsi 12 sot olmaqla 2 boş ərazidə işbazlar tərəfindən dib-dibə fərdi evlərin tikintisinə başlanıldı. Tikinti işləri çox sürətlə, şəhərsalma və təhlükəsizlik qaydalarına zidd olaraq aparılırdı. Qeyd edilən ərazidə onsuzda sosial problemlərin mövcudluğu (kanalizasiya xəttinin olmaması, yolun asfalt örtüyünün olmaması, işıq transformatorunun gücünün yetməməsi və s.) yeni tikilən bu evlərin vətəndaşlara satılması nəticəsində daha da artacaq".
Bu sözləri Mia.az-a göndərdiyi şikayət məktubunda Xırdalan sakini Rüfət Kərimov bildirib.
O məktubuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətovun da qeyd edilən problemlərlə bağölı icra başçısı İradə Gülmmədovaya ünvanladığı cavab məktublarını əlavə edəərk, yazıb ki, bu problemi və tikinti üçün material gətirən ağırtonnajlı yük maşınlarının sakinlər tərəfindən abıra salınmış daxili yolları da bərbad vəziyyətə salıb:
"Bütün bunları nəzərə alaraq, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə müraciət etdim. Komitə əməkdaşı yerə baxış keçirdi, və tikintinin qanun pozuntusu ilə aparıldığını gördü. Bununla bağlı bütün səlahiyyətlərin Abşeron rayon İcra Hakimiyyətində olduğunu bildirərək, icra başçısına məsələnin araşdırılması və komitəyə məlumat verməsi barədə məktub ünvanladı...(əlavə birinci məktub)
Komitənin bu müraciətini saymayan icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirdilər... Lakin qeyri-rəsmi baxış. Beləliklə, 12 sot ərazidə 3 ay müddətində 15 fərdi ev tikildi.Hal hazırda isə, yanındakı 12 sot ərazidə daha da sıx şəkildə, yenə də tikinti və təhlükəsizlik qaydalarına zidd şəkildə, fərdi evlərin tikintisi davam edir. Komitə icra başçısına ikinci məktubu ünvanlamağa məcbur qaldığı halda (əlavə ikinci məktub) işbazlar pul qazanmağa davam edir.
Dünən FHN-nin əməkdaşları əraziyə baxış keçirdilər və heç nə olmamış kimi getdilər".
Şikayətçi sonda məsələ ilə bağlı jurnalist araşdırması aparılmasını xahiş edib.
Mövzuya qayıdacağıq.
Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Mia.az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR