Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Şirvanda 613 ağac əkilib - FOTOLAR
25-02-2021 [10:31]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Şirvan şəhərində də ağacəkmə aksiyası təşkil olunub.
Mia.az xəbər verir ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, millət vəkili İltizam Yusifovun, şəhər İcra Hakimiyyəti aparatının məsul işçilərinin, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, könüllü gənclərin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi aksiyada öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Aksiya zamanı Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 şəhidin hər birinin xatirəsinə bir ağac əkilib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov insanlıq xislətini itirmiş ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu və xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Bildirib ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin və könüllülərinin iştirakı ilə Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Xocalı qurbanlarının xatirəsinə ötən il də 613 ağac əkilib. İlqar Abbasov əkilən ağacların böyüyüb yaşıllaşdıqca şəhidlərimizin ruhunun şad olacağına əmin olduğunu qeyd edib.
Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn normalarına zidd olaraq azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktında 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev verib. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilib.
2020-ci ilin sentyabrın 27-sindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı başladığı Vətən müharibəsində qazanılan Qələbə xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Erməni vandalları tərəfindən dağıdılmış torpaqlarımızda ölkə başçısının rəhbərliyi ilə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir. Tarixi ədalətin bərpası hər birimizdə qurur doğurur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR