Prokurorluqla Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb - FOTOLAR
23-02-2021 [17:23]
Fevralın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov arasında görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumatına görə, görüşdə qeyd olunub ki, prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə dövlət orqanlarının təlim-tədris mərkəzləri, aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələr qurulur.
Bildirilib ki, hər iki qurumun tədris mərkəzlərinin də bu sahədə uğurlu təcrübəsi mövcuddur və birgə əməkdaşlıq müvafiq dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığı səviyyəsinin artırılmasına mühüm töhfə verə bilər.
Görüş çərçivəsində tədbir iştirakçıları Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati bina kompleksi, o cümlədən Elm-Tədris Mərkəzi, mühazirə, praktiki məşğələlər zalları, müasir avadanlıqlarla təchiz edilmiş kriminalistik laboratoriya, dindirmə otaqları, habelə Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış olublar.
Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov tədris mərkəzləri arasında əməkdaşlığa dair memorandum imzalayıblar.
Tərəflər tədris, elmi-tədqiqat fəaliyyəti və digər müvafiq sahələrdə əməkdaşlıq, kadrların ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, zəruri ixtisaslar üzrə nəzəri bilik və praktik bacarıqlarının inkişafı üçün təlimlərin təşkil edilməsi, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun ayrı-ayrı məsələlər üzrə elmi-metodiki köməkliyin göstərilməsi və digər məsələlər üzrə əməkdaşlığa dair razılığa gəliblər.
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ