""Aqrolizinq"lə bank rəhbərliyi pulumu mənimsəyib" - Şikayət + Sənədlər
22-02-2021 [11:44]
Ucar rayonu Məlikballı kənd sakini İbrahimov Eyvaz Əbülfət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şikayət məktubu göndərib.
Mia.az-a daxil olan şikayət məktubunun surətindən aydın olur ki, Kənd Təsərrüafatı Nazirliyinin müvafiq quurmu ilə bağlanan bank rayon sakinini çıxılmaz vəziyyətə salıblar?
"Sizə məlum edirəm ki, NBC Bank «Aqrolizinq» ASC-nin rəhbərliyi ilə əlbir olub mənim pulumu mənimsəyiblər. Belə ki, Kənd Təsərrüfatı texnikasının lizinqlə almaq üçün 24 dekabr 2019-cu il tarixdə Bakı şəhərində "Aqrolizin" ASC-də oldum. Orada razılaşdım Traktor Belarus-892 markalı teknikanı lizinqlə almalı oldum. Buna görə NBC Lizinq MMC ilə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqavilə bağladıq.
Mənə verilən sənəd (müqavilə və etibarbanamə) əsasında 27 dekbar 2019-cu il tarixdə 10292 (on min iki yüz doxsan iki) manat pulu NBC Banka ödədim. Bundan sonra mənə dedilər ki, sənə zəng edəcəyik, həmin vaxt gəlib texnikanı götürərsən.
Uzun müddət gözlətdikdən sonra 24 aprel 2020-ci il tarixdə məni çağırdılar açılan aylıq ödənişə əsasən 275 manat NBC Banka ödəniş etdim.Mənə bildirildi ki, 15 may 2020-ci il tarixdə texnika sənə veriləcək.
28 aprel 2020-ci il tarixdə mənə zəng edib bildirdilər ki, NBC Bank bağlanıldı.Buna görə sizə lizinq yolu ilə texnikanı vermək mümkün olmayacaq.
Hətta NBC Bank mənə müqaviləyə görə texnikanın alınmasına dair açılmış qrafikə əsasən bir ayın pulunu 275 manat pul ödətdirib.Hansı ki, mənə tarktor hələ verilməyib".
Şikayətçi yazır ki, 27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqaviləyə əsasən, texnika ona 20 gün müddətinə verilməli idi: "Əvvəlcədən əlbir olmuş bir qrup vəzifəli şəxslərin mənə qarşı etdikləri bu qanunsuzluqlar korrupsiya cinayətidir ki, araşdırılıb onların barəsidnə qanuna müvafiq tədbirlər görülməlidir.
Aqrolizin ASC tərəfindən mənə bildirdilər ki, NBC Bank sən ödədiyin pulu bizə köçürməyib. Mənə bundan sonra məlum oldu ki, bir qrup vəzifəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edib məni aldadıb pulumu ələ keçiriblər. Bunun adı korrupsiya cinayətidir.
Hazırda isə ödədiyim 10567 manat özümə qaytarılmayıb nədə ki, texnika mənə verilməyib.
Etdiyim şikayətdən sonra 08 iyun 2020-ci il tarixdə məni "NBC Bank" ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondundan çağırıb lizinq hesabına ödədiyim pulu təchizatçıya ödənilməsi xahişi ilə mənə ərizə yazdırdılar. Bundan sonra mənə dedilər ki, pulun təchizatçıya ödənilməsi uzun proses çəkəcək.
Mən ikinci qrup əliləm, ailəmizdə heç kəs işləmir. Lizinq yolu ilə almaq istədiyim texnikaya görə 27 dekabr 2019-cu il tarixdə bağladığım müqavilənin şərtlərinə tam əməl etmişəm, həttda bir aylıq ödəniş də etmişəm.
Xüsusi olaraq qeyd edim ki, 27 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən NBC Bank pulu 20 gün müddəti ərzində Aqroliznq ASC yə köçürməli idi. Ancaq bunu etməmiş yalnız 4 aydan sonra bank bağlanmışdır ki, indi bunun əsas göstərilməsi qanunsuzluqdur.
Bu cinayət əməlidir ki, NBC Bank Aqroliznq ASC ilə əlbir olub ediblər.
Nəsimi rayon prokuroluğunda mənim şikayət ərizəm araşdırıldı, ancaq məlum olmayan səbəbdən cinayət işi başlamadılar. Əslində isə onların əməllərində cinayət tərkibi var.
Sizdən xahiş edirəm şikayət ərizəmi araşdırıb müqaviləyə əsasən NBC Banka ödədiyim 10567 manat pulu tez bir zamanda təchizatçıya qaytarılmasına köməklik göstərəsiniz, mənə qarşı cinayət etmiş NBC Bankın rəhbərliyi barədə qanunu tədbirlər görəsiniz. Əks təqdirdə mən intihar etsəm, bunun məsuliyyəti NBC Bankın, Aqro Lizinqin rəhbərliyinin və Nəsimi rayon prokurorunun üzərinə düşəcək.
Əlaqə telefonu; (050) 519-70-32".
Şikayətdə adı hallanan qurumların da mövqeyini dərc etməyə hazırıq.
Mia.az
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ