Ərdoğan: "Cənab Bayden, sən də bunları yaxşı tanı"

img

15-02-2021 [16:09]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.

O, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.

“Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, - Ərdoğan vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA