Nazir nikahdankənar oğlu ilə bağlı suala belə cavab verdi: “Atasının yanına gəlmir, yəqin, yaxşı qazanır”

img

12-02-2021 [14:13]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub kanalına müsahibəsində nikahdankənar oğlunun olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O, bununla bağlı məlumatları bəzi insanların yaydığını deyib.

“Bəzən “xoşniyyətli” insanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Məsələn, 6-7 ay əvvəl mənə bir reportaj təqdim etdilər. Guya mənim nikahdankənar oğlum Rusiya Xarici İşlər Nazirliyinin təsərrüfat bölməsində işləyir”, - XİN başçısı qeyd edib.

S.Lavrov daha sonra zarafatla əlavə edib: “Ancaq nədənsə, atasının yanına gəlmir. Yəqin, yaxşı qazanır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA