BBC Çinin telekanalın yayımına qadağa qoyması ilə bağlı bəyanat yaydı

img

11-02-2021 [22:49]


Britaniyanın BBC yayım korporasiyası Çin Xalq Respublikasının öz ərazisində “BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olub.

Bu barədə şirkətin bəyanatında deyilir.

"Biz Çin hakimiyyətinin belə yol seçmək barədə qərar qəbul etməsindən məyus olduq”, - BBC-nin bəyanatında deyilir.

Şirkət bildirib ki, dünyada bütün xəbər yaymçıları arasında ən böyük etibardan istifadə edir və bütün hadisələr haqqında dürüst, qərəzsiz, heç nədən qorxmadan və heç kəsə üstünlük vermədən məlumat verir.

Qeyd edək ki, Çinin Milli Radio və Televiziya İdarəsi (“National Radio and Television Administration, NRTA”) daha əvvəl bildirib ki, “BBC World News” etibarlılıq və qərəzsizlik prinsipini pozur. Bu səbəbdən tənzimçi növbəti il telekanalın yayım sifarişini qəbul etməyəcək/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq