Rəsmi Pekindən xəbərdarlıq: “ABŞ-Çin qarşıdurması dünya üçün fəlakət ola bilər”

img

11-02-2021 [11:00]


“ABŞ-Çin qarşıdurması həm hər iki ölkə, həm də dünya üçün fəlakət ola bilər”.

“Guardian”ın verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

“Qarşıdurma mütləq bir fəlakət ola bilər, əməkdaşlıq isə hər iki ölkəyə və dünyaya böyük işlər görməkdə kömək edə bilər”, - deyə Si Cinpin bildirib.

Çin lideri səhv mühakimələrdən qaçmaq üçün dialoq vasitələrini möhkəmləndirməklə bağlı çağırış edib.

Si Cinpin Çinin Tayvanla bağlı siyasətini suverenlik məsələsi kimi qiymətləndirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA