Baydendən ilk həmlə: ABŞ Myanmada çevriliş edən hərbçilərə qarşı sanksiya tətbiq edəcək

img

10-02-2021 [23:01]


ABŞ prezidenti Co Bayden Mayanmada dövlət çevrilişi edən hərbçilərə qarşı sanksiyaların tətbiqinə imkan verən sərəncamı imzalayıb.

Bu barədə Baydenin özü bəyan edib.

“Hökumət generalların Birma fondlarına məxsus və ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün addımlar atır. Və bu gün çevrilişi həyata keçirən hərbi rəhbərlərə, habelə onların iş ortaqlarına və ailə üzvlərinə dərhal sanksiya tətbiq etməyimizə imkan verən sərəncamı təsdiq etdim”-deyə, o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA