Aİ-nin Ali Nümayəndəsi Rusiyaya sanksiya tətbiq olunmasını təklif edəcək

img

09-02-2021 [19:54]


Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

Bbu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Bu məsələləri fevralın 22-də Aİ xarici işlər nazirləri şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə edəcəyik. Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, - deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA