Almaniya Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır

img

08-02-2021 [21:44]


Almaniya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq Rusiya səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs (persona non grata) elan edib.

“RİA Novosti” xəbər verir ki, həmçinin Polşa və İsveç xarici işlər nazirlikləri də eyni addımı atmaq niyyətini açıqlayıblar.

Xatırladaq ki, cümə günü Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirliyinin, habelə Polşa və İsveçin Sankt Peterburqdakı baş konsulluqlarının bu ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdikləri bildirilən əməkdaşlarının arzuolunmaz şəxs elan edilməklə ölkədən çıxarılacaqlarını açıqlamışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA