Rusiya Albaniya diplomatını da “persona non qrata” elan edib

img

08-02-2021 [19:49]


Rusiya Albaniya diplomatını “persona non qrata” elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Bu gün Albaniyanın səfiri Arben Qazioni Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona səfirliyin birinci katibinin “persona non qrata” elan olunduğu barədə nota təqdim olunub”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

72 saat ərzində həmin diplomatın Rusiya ərazisini tərk etməli olduğu bildirilib.

Məlum addım Albaniyanın Rusiyanın Tiranadakı səfirliyinin birinci katibinin düşünülmüş bəhanə ilə ölkədən çıxarılması qərarına cavab olaraq qəbul olunub: “Albaniya tərəfinin hərəkətlərini Albaniyada başlayan seçki kampaniyası şəraitində siyasi xal qazanmaq, Qərbdəki anti-Rusiya qüvvələrindən dəstək almaq məqsədli təxribat kimi qiymətləndiririk. Albaniya tərəfinin hərəkətləri Tirananın ölkələrimiz arasında dostluq münasibətlərini inkişaf etdirmək səylərinə ziddir. Bu cür qeyri-ardıcıllıq təəssüf doğurur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA