Ermənistanın hakim partiyasının başçısı: "Robert Köçəryandan qorxmuruq"

img

08-02-2021 [17:13]


“Biz Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirakından qorxmuruq. Onun bu qərarını müzakirə etməmişik”.

"Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının başçısı Lilit Makunts ölkənin keçmiş prezidenti R.Koçaryanın siyasətə qayıdışı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Qərarı qorxudan qəbul etməyimiz mümkün deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi tərəfimizdən təklif edilib”, - o, bildirib.

Fraksiya başçısı söyləyib ki, Ermənistanın böhrandan çıxması ilə bağlı “yol xəritəsi” reallaşdırmağı davam etdirirlər. Bunun nəticələrinə əsasən, növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə etmək olar.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsini parlamentdəki müxalifət, eləcə də parlamentdənkənar qüvvələr tərəfindən də müsbət qarşılanmayıb. Deputat bu ilin iyununda “yol xəritəsi”nin həyata keçirilməsinə yekun vuracaqlarını bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA