Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşıb

img

08-02-2021 [15:27]


Ermənistanda yanvar ayında illik inflyasiya 4,5 %, ötən ilin dekabr ayına nisbətən isə 2,2 % təşkil edib.

Bu barədə “Novosti Armeniya” Ermənistan Statistika Komitəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə bitki yağlarının qiyməti 44,3 %, şəkər 40,7 %, yumurta 26,4 %, süd məhsulları 7,7 %, meyvə 12 %, tərəvəz 9,9 %, sarımsaq 95,4 %, qarışıq göyərti 53,5 %, çörək 7,9 %, un 12,5 %, alkoqollu içkilər və tütün məmulatları 6,8 % bahalaşıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA