İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub

img

07-02-2021 [09:00]


İraqın şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatının bir neçə silahlısı tutulub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, ordu və federal polis Kərkükün cənubundakı Xavice ərazisində terrorçuluğa qarşı əməliyyatı keçirib.

Əməliyyatın gedişatında altı terrorçu tutulub, bununla yanaşı, İŞİD silahlılarının beş sığınacağı da məhv edilib.

Güc strukturlarının əməkdaşları əməliyyat zamanı həmçinin külli miqdarda silah və sursat ələ keçiriblər.

Qeyd edək ki, İraq qanunlarına əsasən terror təşkilatına üzv olmağa görə ölüm cəzası nəzərdə tutulur./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA