Braziliyada koronavirusdan ölənlərin sayı 230 mini ötdü

img

06-02-2021 [12:09]


Braziliyada son 24 saat ərzində daha 51 319 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, indiyədək Braziliyada yeni növ koronavirus infeksiyasına ümumilikdə 9 449 088 nəfər yoluxub.

Bu müddət ərzində 230 127 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1 244 nəfər olub.

Bundan başqa 8 326 798 xəstə müalicə olunaraq sağalıb, 892 163 pasiyent isə həkim nəzarəti altındadır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA