Serbiya ordusunun keçmiş Baş Qərargah rəisi həbs edilib - Casusluğa görə

img

05-02-2021 [16:27]


Serbiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Momçilo Perişiç ABŞ-ın xeyrinə casusluq etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.

TASS xəbər verir ki, Serbiyanın paytaxtı Belqradın Ali Məhkəməsi fevralın 5-də bu barədə qərar çıxarıb.

Məhkəmə Perişiçin ABŞ səfirliyinin əməkdaşı Con Neybora məxfi materiallar ötürdüyünü faktlarla sübuta yetirib. Keçmiş rəislə birlikdə qərargahın sabiq əməkdaşları Miodraq Sekuliç və Vladan Vlaykoviçə də 1,5 il iş kəsilib.

Vəkilin etirazına baxmayaraq məhkəmə qapalı keçirilib.

Bildirilib ki, Serbiya generalı ABŞ-a 2002-ci ildən 18 il casusluq edib. O, Neybora sənədlər verərkən tululub.

General şərəf və ləyaqətini müdafiə edəcəyini, vəkili isə hökmdən apellyasiya şikayəti verəcəyini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA