Gürcüstanda bir sıra məhdudiyyətlər götürülür

img

04-02-2021 [11:36]


Gürcüstanda koronavirus (COVID-19) səbəbi ilə tətbiq edilən bir sıra məhdudiyyətlər ləğv edilir.

Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında çıxışı zamanı bildirib ki, fevralın 8-dən etibarən böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək, yarmarkaların açılmasına icazə veriləcək.

Fevralın 15-də isə Tbilisi, Kutaisi, Rustavi şəhərlərində məktəblərdə dərslərin fiziki formada davam etdirilməsinə, həmçinin açıq havada fəaliyyət göstərən restoranların xidmət göstərməsinə icazə veriləcək.

Baş nazir qeyd edib ki, ölkədə epidemioloji vəziyyətin müsbət dinamikası qorunub saxlanılacağı təqdirdə məhdudiyyətlərin daha da azaldılması mümkün olacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA