Strateji hücum silahlarına dair müqavilə qüvvəyə mindi

img

03-02-2021 [20:39]


ABŞ ilə Rusiya (SSRİ-nin varisi kimi) arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra bu gün qüvvəyə minib.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.

Xatırladaq ki, yanvarın 26-da tərəflər müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsini apardılar. Həmin gün prezidentlər Cozef Bayden ilə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA