105 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO
03-02-2021 [17:12]
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən ümumbəşəri bəla olan narkotik vasitələrin cəmiyyətin müxtəlif təbəqələri arasında geniş yayılmasının qarşını almaq istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən təkcə son sutka ərzində keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 105 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Qadir Baladadaşov saxlanılıb. Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kq-dan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kq heroin, 2 kq 700 qram tiryək, 10 kq marixuana, 13 kq psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri və 1 ədəd elektron tərəzi götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Qadir Baladadaşov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsinə köməklik edib. Daha sonra o, icarəyə götürdüyü avtomobillə narkotik vasitələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək Bakı şəhərinə gətirib. Qadir Baladadaşov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Bu işdə ona qohumu Səbuhi Həsənov da kömək edib. Hər iki şəxs tutularaq istintaqa təqdim ediliblər
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının da daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşən Ağayev və İlham Əsgərov rayonun “Qızıl Dərə” adlanan ərazisində saxlanılıblar. Onlara məxsus bağlamalara baxış zamanı ümumi çəkisi 25 kq-a yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən - 14 kq 410 qram heroin, 5 kq 695 qram marixuana, 90 qram tiryək, 4 kq 205 qram metamfetamin, həmçinin 4 323 ədəd içərisində metadon həbləri də olan psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər də adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri Yardımlı rayonu ərazisində qəbul ediblər. Daha sonra Elşən Ağayev və İlham Əsgərov narkotik vasitələri əvvəlcədən müəyyən edilən yerdə gizlətməli və həmin şəxsin deyəcəyi yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq