“Instagram”da silinmiş yazıları bərpa etmək mümkün olacaq

img

02-02-2021 [22:56]


“Instagram” sosial şəbəkəsi silinmiş yazıları bərpa etmək funksiyasını əlavə edib.

Məlumata görə, bu barədə sosial şəbəkənin mətbuat xidməti öz bloqunda məlumat verib.

Qeyd olunub ki, bundan sonra “Stories”lər 24 saat ərzində bərpa oluna biləcək, digər qeydlər 30 günə qədər yaddaşda saxlanılacaq.

Bundan başqa sosial şəbəkə, hakerlərin hesabları sındırmağı və yazıları silməsini qeyri-mümkün etmək üçün əlavə tədbirlər də həyata keçirib. Müəyyən qeydləri tamamilə silmək üçün xidmət artıq əlavə yoxlama tələb edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA