Ötən il rekord sayda erməni Rusiya vətəndaşlığını qəbul edib

img

02-02-2021 [13:17]


Ötən il 656,3 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bu, əsrin əvvəlindən bəri qeydə alınan rekord rəqəmdir.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasını araşdıran “FınExpertiza” auditor-konsaltinq şəbəkəsindən bildiriblər.

Məlumata görə, Rusiya pasportu verilənlər arasında ukraynalılar birinci yerdədir – 409,5 nəfər. Bunlar əsasən Ukraynanın işğal altındakı Donbas bölgəsinin rus sakinləridir. Bu göstəriciyə görə ukraynalıların ən yaxın izləyiciləri tacikistanlılar (63,4 min) və qazaxıstanlılardır (43,4 min).

Ermənistan vətəndaşları isə 4-cü yerdə qərarlaşıblar. 2020-ci ildə rekord sayda – 30,5 min Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

İlk beşliyi Özbəkistan vətəndaşları bağlayır. Ötən il bu ölkənin 23,1 min vətəndaşı Rusiya pasportu alıb.

Rusiya vətəndaşlığı alanlar arasında postsovet ölkələri ilə yanaşı amerikalı (148), almaniyalı (203) və fransızların (78) olması diqqət çəkib.

Qeyd edək ki, öncəki rekord 2005-ci ildə qeydə alınmışdı. Həmin il 500 min nəfər Rusiya vətəndaşlığını qəbul etmişdi./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA