İran XİN: Zərif Cənubi Qafqaza ən mühüm səfərlərindən birini edib

img

01-02-2021 [15:36]


“Bu səfər Məhmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində işlədiyi müddətdə ən mühüm və uğurlu regional ziyarətlərdən biri idi”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Zərifin Türkiyə, Cənubi Qafqaz və Rusiyaya səfərinin uğurla keçdiyini söyləyib: “İran XİN başçısının reallaşdırdığı ziyarət zamanı regional əməkdaşlıq, davamlı sabitlik, iqtisadi məsələlər, 3+3 formatında əməkdaşlığın həyata keçirilməsi və başqa mövzuları müzakirə edib”.

Zərifin Türkiyəyə səfərini dəyərləndirən sözçü deyib: “Tehran-Ankara əlaqələri çox yaxşıdır. Xarici işlər nazirinin ziyarəti də çox məhsuldar olub. Türkiyədə keçirilən görüşlərdə Qafqazla bağlı məsələlər masaya çıxarılıb”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA