Bakıda şirkət taksilərinin avadanlıqlarını oğurlayan şəxslər saxlanılıblar
01-02-2021 [13:41]
Binəqədi rayonunda yerləşən “Ağ Şəhər” taksi şirkətinə məxsus müxtəlif şəxslərə icarəyə verilən 5 ədəd “Daewoo” markalı nəqliyyat vasitəsinin ümumi dəyəri 2500 manat olan səsboğucu sistemi, yəni katalizatoru oğurlanıb.
Mia.az xəbər verir ki, bu barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilən kimi dərhal araşdırmalara başlanılıb.
Məlum olub ki, nəqliyyat vasitələrinin katalizatorları elə həmin maşınları icarə əsasında idarə edən sürücülər tərəfindən, vətəndaş Pərvin Rəhimlinin təklifi əsasında oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin şirkətə məxsus taksiləri idarə edən sürücülər Gündüz Nəcəfov, Pərvin Rəhimli, Murad Nəcəfov, Seymur Şamilov və oğurluq katalizatorları alan Qabil Babayev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Rəhimli şirkətə məxsus avtomobilin katalizatorunu satmaq üçün Qabil Babayevin təmiri sexinə gətirdiyi sürücülərin hər birinə görə ondan 70 manat pul alıb. Saxlanılan şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edək ki, katalizator sistemi bilərəkdən çıxarılan və ya işlək vəziyyətdə olmayan nəqliyyat vasitələri atmosferə normadan artıq zərərli qazlar buraxırlar. Bu isə ekologiyanın pozulması kimi qiymətləndirilir.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib