11-12-2013 [17:00]
Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. İşə hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsindən "Media forum” saytına verilən məlumata görə, məhkəmə prosesi oktyabrın 30-da yekunlaşıb. Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Emil Şəmdinov Cinayət Məcəlləsinin üç (126.2.4, 221.2.1 və 221.2.2-ci maddələr), Elməddin Məmmədov isə iki (221.2.1 və 221.2.2-ci maddələr) maddəsi ilə təqsirli bilinib.
Cinayət Məcəlləsinin həmin maddələrinin açımı belədir: 126.2.4-cü maddə - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq; 221.2.1-ci maddə - bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək; 221.2.2-ci maddə - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək.
Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Şəki Apellyasiya Məhkəməsinə şikayət veriblər. Şikayətə hakim Rafael Əliyevin sədrliyi ilə baxılacaq.
Emil Şəmdinov İsmayıllı şəhərindəki "Çıraq” otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır. Məhkəmənin qərarına görə, Emil Şəmdinov və Elməddin Məmmədov 2013-cü ilin yanvarın 23-də İsmayıllıda yerli sakinləri təhqir ediblər. İnsident böyüyərək kütləvi aksiyaya çevrilib, "Çıraq” oteli və müxtəlif markalı avtomobillər yandırılıb. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb. İsmayıllı olaylarına görə təqsirləndirilən qalan adamların (onların arasında "Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da var) işinə də Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Hələlik onların məhkəməsi yekunlaşmayıb.
İsmayıllı olaylarının istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ