Gürcüstanda daha 21 nəfər COVID-19-dan ölüb

img

29-01-2021 [11:17]


Gürcüstanda ötən sutkada koronavirusa 669 yeni yoluxma faktı təsdiqlənib, 637 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 256 956 nəfər yoluxub. Onların 247 096-sı sağalıb, 3 148-i isə ölüb.

Hazırda karantində 521, stasionar nəzarətdə 2 731 nəfər var. Xəstəliyi yüngül formada keçirən 322 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA