11-12-2013 [11:08]
2013-cü ilin 11 ayı ərzində Azərbaycan ərazisində 2646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1061 nəfər ölüb, 2761 nəfər xəsarət alıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb.
Kamran Əliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən baş verən hadisələrin, eləcə də bu zaman ölən və yaralananların sayı azalıb. Belə ki, hadisələrin sayı 60, ölənlərin sayı 4, xəsarət alanların sayı 84 fakt azalıb.
Buna baxmayaraq, piyadaların iştirakı ilə baş verən hadisələrin, eləcə də ölən və xəsarət alanları sayı artıb ki, bu da çox ciddi narahatlıq doğurur. Belə ki, piyadaların vurulması ilə nəticələnən qəzalar hadisələrin ümumi sayının 38,1 faizini təşkil edir. Hesabat dövründə piyadaların vurulması ilə bağlı 1010 fakt qeydə alınıb. Bu zaman 364 nəfər ölüb, 728 nəfər yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 46, ölənlərin sayı 12, yaralananların sayı isə 38 fakt çoxdur.
Hadisələrin ümumi sayının 35,5 faizini toqquşmalar (940 hadisə, 399 ölüm, 1298 yaralı), 31,2 fazini ötmə və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma (826 hadisə, 356 ölüm, 1055 yaralı), 28,9 fazini sürət həddinin aşılması (767 hadisə, 380 ölüm, 659 yaralı), 12 faizini aşma (320 hadisə, 157 ölüm, 332 yaralı), 10,2 fazini maneəyə vurma (272 hadisə, 103 ölüm, 302 yaralı) təşkil edib.
Bundan əlavə, yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində 230 qəza baş verib, bu zaman 49 nəfər ölüb, 287 nəfər yaralanıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə səbəbindən isə 73 hadisə baş verib, nəticədə 29 nəfər ölüb, 88 nəfər yaralanıb. Bu sahədə nisbətən müsbət irəliləyiş hiss olunur. Belə ötən ilin müvafiq dövrü ilə müqayisədə belə halların sayında 15, ölənlərin sayında 12, yaralananların sayında 9 fakt azalma müşahidə olunub.
Hesabat dövründə avtobusların iştirakı ilə 97 hadisə qeydə alınıb, nəticədə 52 nəfər ölüb,116 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı, 9, ölənlərin sayı 1, xəsarət alanların sayı 59 fakt azalıb.
Yük avtomobillərin iştirakı ilə 128 yol qəzası baş verib, nəticədə 57 nəfər ölüb, 113 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 12, ölənlərin sayı 16, xəsarət alanların sayı isə 20 fakt azalıb.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ