Vüqar Səfərlinin məhkəməsi təxirə düşüb
25-01-2021 [12:50]
Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Bu gün hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilməsi nəzərdə tutulan proses yanvarın 26-a təyin edilib.
Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib/APA.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ukraynalı daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə PUA təlimi başa çatıb
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTOLAR
Daha bir CHP-li bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı
“Sumqayıt” portuqaliyalı müdafiəçi ilə anlaşdı
Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb - FOTOLAR
Saşa İliçin köməkçiləri bəlli olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
DTX-dən mühüm əməliyyat: "vaqner"çilər tutuldu
Gəncədə evdən tibb bacısının meyiti tapıldı
Efirdə dava: "Get, babana təmiz bax, iİydən burada otura bilmirəm"
Braziliyadan ABŞ-a təhdid: "Oxşar cavabımız olacaq"
Avronun məzənnəsi 2.5 manat olacaq? - Mərkəzi Bankdan açıqlama
"Kimsə haray salıb keçmək istəsə, biz də haray salarıq" - Nazirdən şikayətlə maraqlı reaskiya
"Qalatasaray" "Milan"dan aldığı oyunçunu geri verir - Eyni qiymətə
Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri görüşüb - Nələr müzakirə edilib? + VİDEO, FOTOLAR (YENİLƏNİR)
"Arsenal" yarımmüdafiəçi transfer edib
SOCAR Türkiyə klubunun sponsoru olub
"Fənərbağça"nın gənc futbolçusu Avropa klublarının radarındadır
"Qalatasaray" qapıçı axtarışına davam edir
İsrail Qəzza zolağına 180 hava zərbəsi endirib - 24 saat ərzində
Bəxtiyar Hacıyev sözçü təyin edildi
Qəzzada 28 fələstinli həlak olub - 100-ə yaxın yaralanıb
Nəsimidə əməliyyat: Rahib Ələkbərli və Samir Xeyrullayev saxlanılıb
Sabahın hava proqnozu açıqlandı
Yaponiyada internet sürəti rekordu qırdı: "Netflix"in bazası 1 saniyədə 30 dəfə endirilir
Hindistanda sel: ölənlərin sayı 85-ə çatıb
Pakistanda sel: 11 nəfər ölüb, 20-dən çox itkin var
Fahrettin Altun yeni qurumun rəhbəri təyin olunub - Açıqlama
Trampa sui-qəsd cəhdi: Məxfi İdarənin 6 işçisi qovuldu
"Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil" - Emin Əmrullayev söz-söhbətə son qoydu
"Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil, biz uşaq bağçası idarə etmirik" - Nazirdən maraqlı açıqlamalar
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir - Müsahibə
Qanundan bixəbərlər… - Təbriz VƏFALI YAZIR
Rövşən Nəcəf OPEC beynəlxalq seminarında - FOTO
“Ege Hospital” ı 447 min manat vergi borcu var
Ağdərədə bir nəfər minaya düşüb - Birgə məlumat yayıldı (Yenilənib)
Azərbaycan neftinin qiyməti 76 dolları ötdü
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
HEYVANDARLIĞA BÖYÜK TƏHLÜKƏ: xüsusi yetişdirilən milyonlarla milçək təyyarələrdən havaya buraxılacaq - Bu, qarşısını alacaqmı?
CHP-li bələdiyyə sədrlərinə qarşı əməliyyat genişlənir - İstanbulda daha bir sədr "nişangah"a gəldi
İlham Əliyevin reytinqi ilə bağlı sorğu - STM nəticəni elan edib