ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra ölüb

img

24-01-2021 [10:00]


ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

“Fox News” telekanalı xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib.

Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.

Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.

Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 27.02.2021

Avtobus qadını vurdu