ABŞ səfirinin bəyanatına rəsmi Moskvadan sərt etiraz: "Dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın" - Rusiya ilə Amerika arasında qalmaqal

img

23-01-2021 [18:53]


Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı verdiyi bəyanata münasibət bildirib.

Nazirlik bildirib ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır:

“ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb.

İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizə baxın və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”/Report.

Xatırladaq ki, bu gün Navalının tərəfdarları Rusiyanın bir şox şəhərlərində aksiya keçirib. Aksiyalarda toqquşma olub, xeyli etirazçı saxlanılıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA