Dünyada 2086159 nəfər koronavirusdan ölüb - Statistika

img

21-01-2021 [17:59]


Pandemiyanın başlanğıcından bəri dünyada 2 086 159 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.

“Worldometers” xəbər verir ki, ötən gün rekord sayda - 17 350 nəfər pandemiyanın qurbanı olub.

İndiyədək dünyada 97 422 123 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 70 002 166 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 25 333 798 nəfərdir.

İndiyədək ən çox yoluxma halı yanvarın 8-də qeydə alınıb – 839 342 nəfər.

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 962 pasiyentin vəziyyəti kritikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA