Rəqsanə Bakıya gəlməyəcək - AÇIQLAMA

img

10-12-2013 [14:45]


Müğənni Rəqsanə İsmayılova sabah Bakıya gəlməyi planlaşdırsa da, onun gəlişi baş tutmayıb. Türkiyədə işləri uzanan sənətçi səfərini gələn həftəyə təxirə salıb. 

"Bu gün Bakıya qayıtmalı idim. Amma bu müddətdə Moskvaya gedib, yenidən Türkiyəyə qayıdacam. Gələn həftə nəhayət Bakıdayam", - deyə müğənni bildirib.

Sənətçi eləcə də, yeni ilə kimi mətbuat nümayəndləri ilə görüşəcəyini bildirib.

"Ötən açıqlamamda 5 müğənniyə öz mahnılarımı təqdim edəcəyimdən danışmışdım. Həmin proses mətbuat nümayəndələrinin iştirakı ilə olacaq. Yeni ili isə Moskvada olacam”, - deyən Rəqsanə paytaxtdakı şou-proqramlara qatılmayacağını söyləyib.

"Moskvada 3 məkandan dəvət almışam. Yeni il gecəsi 3 məkanda cıxışım olacaq. Həm də ailə üzvlərimlə birlikdə vaxt keçirəcəm. Bu səbəbdən Bakıdakı proqramlara qatılmayacam”.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR