Koronavirusa yoluxan Ermənistan prezidenti müalicəsini ev şəraitində davam etdirəcək

img

18-01-2021 [14:49]


Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə xəstəxanadan çıxacaq və koronavirusdan müalicəsini ev şəraitində davam etdirəcək.

Məlumat dövlət başçısının mətbuat xidməti yayıb.

Bildirilib ki, o, yaxın günlərdə xəstəxanadan buraxılacaq: “Prezidenti müalicəsinin həkimlərin müşayiət altında ev şəraitində davam etdirəcək. Ona yataq rejimi məsləhət görülüb. Sağalandan sonra həkimlərin uyğun icazəsi ilə Ermənistana qayıdacaq. O vaxtadək işdən kənarda qalacaq”.

Qeyd edək ki, yanvarın 5-də Londona səfəri zamanı A.Sarkisyanda koronavirusun yeni ştammı aşkarlanıb. Onu yanvarın 13-də yüksək hərarətlə hospitala yerləşdiriblər./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA