Dövlət tədbiri əngəlləndi, iş adamından heyrətamiz addım!

img

09-12-2013 [14:26]



Azərbaycanın tanınmış rəssamlarından olan tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyevin rəsmlərindən ibarət növbəti sərgisinə problem yaranıb. 

 Xatırladaq ki, "Şuşa-Qarabağ" adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Rəssamın fərdi yaradıcılığına həsr olunan sərgidə onun 70-dən artıq əsəri nümayiş olunur. Əsasən Qarabağ, Şuşa, Xocalı yanğısını özündə əks etdirən rəsm əsərlərinə böyük maraq olduğundan ötən gün əməkdaşlarımız da orada iştirak etmək istəyib. Lakin gözlənilməz mənzərə ilə üzə çıxıb.

 Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, Bakı şəhəri, Puşkin küçəsi 26 ünvanında yerləşən «AK-sentre»in 3-cü mərtəbəsində yerləşən "Şərq Qalereyası" zalına giriş mümkünsüz olub. Belə ki, dekabrın 16-dək davam edəcəyi bildirilən sərgiyə giriş məhdudlaşdırılıb, giriş və pilləkənlər tikinti materialları ilə kəsilib. İnşaatda çalışanlardan  öyrəndik ki, sərginin keçirildiyi 3-cü mərtəbə rəssam Səyyar Əliyevin şəxsi mülki olsa da, sərgiyə belə maneçilik yaradan binanın aşağı mərtəbələrinin sahibi Mahir Əliyevdir. Mahir Əliyevin nədən dövlət əhəmiyyətli tədbirə əngəl yaratmasını isə izah edən olmadı. Ancaq qısaca deyilib ki, əslən Şuşalı olan iş adamı Mahir Əliyev belə sərgi və ya dövlət əhəmiyyətli tədbirlərdən xoşlamır. Baxmayaraq ki, sərgi elə onun doğulub, boya-başa çatdığı Qarabağdan, Şuşadan bəhs edib.

 Qısa araşdırmamız zamanı o da aydın olub ki, sərgiyə bir çox Mədəniyyət və Turizm Nazirliyinin vəzifəli şəxsləri, deputatlar, ictimai-siyasi xadimlər, Şuşa hərə icra hakimiyyətinin kollektivi və digər sahələrdən böyük axın olub. Ancaq sərginin başa çatmasına hələ xeyli vaxt qalmasına rəğmən, iş adamı Mahir Əliyev tanınmış rəssamın sərgisinə süni problemlər yaradıb. Vətən, torpaq ağrısından bəhs edən sərgiyə bu biganəliyə ad vermək nə qədər çətin olsa da, Mahir Əliyevin məhz belə bir ərəfədə binada təmir işləri apararaq, Şuşa, Xocalı harayının nümayiş olunmasına mane olması da, bir o qədər anlaşılmazdır. Artıq sərgi salonunda elə bir vəziyyət yaranıb ki, əsasən Xocalı harayı, Şuşa faciəsindən bəhs edən əsərlərə baxmaq mümkün deyil. Mahir Əliyevin apardığı təmir-tikinti səbəbindən əsərlər çirklənib, böyük əksəriyyətinin üzərini toz-duman basıb. 

 Yaşanan xoşagəlməz vəziyyətlə bağlı tərəflərdən münasibət öyrənməyə çalışdıq.

 Rəssam Səyyar Əliyev bizimlə söhbətində səbəbini izah etməsə , bu barədə danışmaq istəmədiyini dedi: "Jurnalistsiniz, araşdırmaq istəyirsinizsə, gəlin, vəziyyətin necə olduğunu öz gözlərinizlə görün, əlavə istəyirsinizsə, yerində araşdırın. Bundan artıq heç danışmaq istəmirəm".

 İş adamı Mahir Əliyevin telefonunu tapa bilmədiyimizdən danışa bilmədik. Onu da dinləməyə hazırıq.

 

/span /span

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib